пятница, 20 мая 2016 г.

AZƏRBAYCANDA BİOLOJİ MÜXTƏLİFLİK

Qoruq, Milli park və yasaqlıq ərazilərində qanunsuz kəsilən ağaclara tez-tez rast gəlinir. Göygöl, Zaqatala, İlisu, İsmayıllı qoruqlarında meşənin yuxarı sərhədi yay otlaqları kimi istifadə olunur. Qarayazı, Türyançay, Pirqulu qoruqlarında, həmçinin şəhər, qəsəbəətrafı yaşıl zonalarda, Yalama Milli Parkı meşə sahəsində isə ilboyu mal-qara otarılır. Bunun nəticəsində meşə ekosistemlərinin bioloji müxtəlifliyi bu və ya digər dərəcədə deqradasiyaya uğramışdır. Vəhşi heyvanların yaşayış yerlərinin transformasiyası əsasən meşə örtüynün məhv edilməsi, meşə ekosistemlərinin bioloji müxtəlifliyinin deqradasiyası və aqrosenozlarla əvəz edilməsi ilə əlaqədardır. Belə yerlərdə heyvanat aləminin bioloji müxtəlifliyinin deqradasiyası onların yaşayış yerlərinin (stasiyalarının) – yuvalarının, qışlama və çoxalma yerlərinin azalması ilə bağlıdır.
473267453_d1
Fermer təsərrüfatlarının artması ilə əlaqədar şum sahələrinin genişlənməsi müşahidə olunur. Bu zaman hey-vanat aləminin sonuncu qoruyucu stasiyaları yoxa çıxır, gəmiricilər, həşəratlar artır, onların (ziyanvericilərin) «partlayışı» nəticəsində kənd təsərrüfatı və meşə təsərrüfatına böyük ziyan dəyir. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 24 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
Bura aşağıdakılar daxildir: • biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün beynəlxalq konvensiyalara və digər ölkələrarası və regional müqavilələrə qoşulmaq; • bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi; xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qoruma statusuna malik olan bitki və heyvanat aləminin bərpası üçün müvafiq şəraitin yaradılması; • nadir və kökü kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi, onların genofondunun qorunmasının təmin edilməsi və onları xüsusi qorunan təbii ərazilərdə, nəbatat bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması; • Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının ikinci nəşrinin təşkili. İri şəhərlərdə yeni nəbatat bağlarının yaradılması; biomüxtəliflik üçün təhlükənin və bunun nəticəsində ilk növbədə təsir atlına düşə biləcək təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması; • Zəngin bioloji müxtəlifliyə malik olan ekosistemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi; • Kənd təsərrüfatı bitkilərinin və heyvan növlərinin vəziyyətinin qiymətləndirilməsi və qorunması; • Bioloji müxtəlifliyin qorunması üzrə elmi tədqiqatların aparılması; • Bioloji müxtəlifliyin inkişafının təşkilinin təmin edilməsi üçün torpaqların yaxşılaşdırılması, səmərəli istifadəsi və mühafizəsi; • Xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi; • Meşələrin BM-nin qorunması və səmərəli istifadəsi; • Nadir və məhv olmaq təhlükəsinə məruz qalmış bitki və heyvan növlərinin öz təbii məskənlərindən kənarda (ex-situ şəraitində) qorunması və bərpası; • Əhalinin ekoloji maarifləndirilməsi və təhsil səviyyəsinin artırılması. Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə yönəldilən bu və digər tədbirlər Milli Strategiya və Fəaliyyət Planında geniş şərh olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Son illər bəşəriyyəti narahat edən problemlərdən biri dünyada ekoloji gərginliyin artmasıdır. Bu baxımdan 2009-cu il dekabr ayının 7-də BMT Danimarkanın Kopenhagen şəhərində biomüxtəlifliyin mühafizəsi və Qlobal İstiləşmə ilə bağlı “İqlim” sammiti keçirilmişdir. Kopenhagen sammitində 2010-cu il “Beynəlxalq Biomüxtəliflik ili” elan olunmuşdur. Hər il mayın 22-si beynəlxalq biomüxtəliflik günü kimi respublikamızda da qeyd olunur.
İstifadə olunmuş ədəbiyyat: Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya, ətraf mühit və insan. Bakı, “Elm”, – 2006, səh.430
http://www.ekolojirenesans.org/

22 may – Beynəlxalq Biomüxtəliflik Günüdür

6b64211c2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməməsi ilə 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin “Beynəlxalq bioloji müxtəliflik günü” elan etmişdir. Əvvəllər 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli qətnamə ilə həmin gün dekabrın 29-da qeyd olunurdu. Bu günü avropanin bir çox ölkələri qeyd edirlər. Əsasən də Kanadalılar üçün bu gün çox əhəmiyyətli və ənənəvidir.
Biomüxtəlifliyin bir hissəsi insanlardır və bizim taleyimiz ekosistemin məhsuldarlığından və saglamlığından asılıdır. Millenium Ekosistemin Qiymətləndirməsinə görə, biomüxtəliflik həyatın müxtəlifliyi kimi təsvir edilə bilər və ekosistem xidmətlərinin təminatı ekosistemin funksionallığı üçün əhəmiyyətlidir. Dünya Mühafizə İttifaqı qeyd edir ki, biomüxtəliflik sürətlə azalmaga başlamış və buna təsir göstərən amillər aşağıdakılardır:
• Ətraf mühitin çirklənməsi
• Qlobal iqlim dəyişikləri
• Səhralaşma
• Əhalinin artımı ilə əlaqədar istehlakın çoxalması
• Tələsik təbii ehtiyatlardan istifadə
Azərbaycan biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulmuşdur. Konvensiyaya uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirlilmiş, xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilmiş, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılmış, həmçinin xüsusi mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırlması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
bc2dddb2
2015-2016- ci ilin daha bir uğuru

Vebinarda iştirak

20160519 170636