Hansı ev bitkiləri havanı təmizləyir
Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri,ev
üçün həm dekorativ bəzək, həm də evin havasını təmizləyən önəmli
bir atributdur.
Bu bitkilər, otağı çirkləndirən maddələrin
konsentrasiyasını azaldır və hətta benzol, formaldeqid,
toluol və ksilolkimi zərəli birləşmələrdən təmizləyə bilir. Ev
bitkiləri həmçinin havada olan mikrobların sayını azaltma və rütubəti artırma
gücünə malikdirlər.
NASA
tədqiqatçıları və digər təşkilatlar, evin hər 10 m sahəsinə minimal olaraq
1 ev bitkisi saxlamağı tövsiyə edirlər. Pəncərə altında saxlanılan bitkilər
nəinki havanın təmizlənməsini təmin edəcək, həmçinin baş ağrıları və sinir
pozğunluqlarını aradan qaldıracaqlar.
Evinizin gözəlliyini, havanın mikroblardan təmizlənməsini,
rütubətin artmasını və insan energetikasına xoş təsir bağışlanmasını təmin edən
6 ev bitkisi:
Xlorofitum.
Bu gözəl
bitki, havanı zərəli qatışıqlardan təmizləyir və formaldeqidləri udur. Həmçinin
xlorofitum bakteresit (mikrobları öldürən) effektinə malikdir. Mütəxəssislər
müəyyən ediblər ki, bu bitki 24 saat ərzində havanı mikroorqanizmlərdən
təmamilə təmizləyir. Dibçəyə aktivləşdirilmiş kömür əlavə etdikdə isə
təmizləyici xüsussiyyəti daha da artır.
Aloe.
Aloe,
havanı formadegidlərdən təmizləyib, onda olan sadə mikrobları sayını azaldır.
Gecə oksigen ifraz edib, karbon qazını udur. Aloe olan evdə insanlar az
xəstələnir, xəstəlndikdə isə tez sağalırlar.
Drasena.
Bu bitki,
sintetik örtük olan linoleum və DSP dən havaya ifraz olunan, benzol, amiak,
formaldeqid, toluol, ksilol və digər zərərli birləşmələrin 70 % - ni təmizləmə
gücünə malikdir. O, zərərli birləşmələri emal edir və mikrobların yarısını məhv
edir.Bağırsaq xəstəliklərin ağırlaşmasının qabağını alır, yaraların və
ümümiyyətlə dəri xəstəliklərinin sağalmasına kömək edir. İnsan hiss etmədən, bu
bitki, sümük-əzələ sistemini bərkidir. Həmçinin dişlərə də xoş təsir edir.
Fikus.
Bu gözəl
bitki, 1 saat ərzində 10 mq formaldeqidi udmaq gücünə malikdir.
Bununla bərabər o, energetik balansa təsir göstərir, immun sistemin terapevti
rolunu oynayaraq, insana, özünün sakitliyi və stabilliyini ötürür.
Monstera.
Monstera,
havanın rütubətini artırır, harmoniya və sakitlik bəxş edib, nasazlıq zamanı
yuxsuzluqdan qoruyur.
Spasifilium.
Gözəl ağ
gülləri olan bu bitki, havanı zərərli birləşmələrdən, formaldeqidlərdən, karbon
qazından, trixlaretindən, benzol və ksiloldan təmizləyir. Mikroorqanizmlərin
sayını azaldır və ən əsası isə kif göbələyi ilə aktiv mübarizə aparır.
Əziz valideynlər, sadalanan bu
xeyirli bitkilər arasından uyğun olanını seçməklə, evinizdə təmiz havanı
təmin edib, xoş atmosfer yaradacaqsınız!
QAMƏTİN SAĞLAMLIĞA TƏSİRİ
Gözəl qamət insanın xarici görünüşündə böyük
rol oynayır. Bunu
hamı bilir. Lakin bu ən əsası deyil.
Gözəl, düzgün qamət insanın sağlamlığında olduqca
mühüm rol oynayır.
İnsanın qaməti düzgün olanda, bütün daxili orqanlar öz
fizioloji yerlərində yerləşir, əyilmir, sıxılmır, heç yerdə durğunluq yaranmır
və nəticədə bütün orqanizm tam normal fəaliyyət göstərir.
Düzgün qamət qanın
orqanizm boyu normal dövr etməsində böyük rol oynayır. Qan orqanizm boyu normal dövr edirsə, bütün orqanlar kifayət qədər
oksigen və qidalı maddələri alır.
Düzgün olmayan qamət onurğanın sağlamlığına olduqca çox
mənfi təsir edir. Onurğanın sağlamlığı isə bütün orqan və sistemlərinin
sağlamlığı üçün vacibdir. Ortoped
həkimlərin sevimli ifadəsi - "Sağlam onurğa - sağlam insan" bunu
təsdiq edir.
Onurğa
sütununun içərisində onurğa beyini keçir. Onurğa beynindən sinir kökləri çıxır
ki, bu sinir kökləri daxili orqanları idarə edir - ürəyin fəaliyyəti, sidik,
nəcis ifrazı, kişilərdə ereksiya və s. İnsanın qaməti düzgün olmayanda onurğa
sütunu artıq yükləməyə məruz qalır ki, bu yükləmənin nəticəsində onurğa sütünu
fəqarələrində dəyişikliklər baş verir - fəqərələr arasında olan disklər
nazilir, dağılır. Bu bir çox müasir insanların qənimi olan osteoxondroz
xəstəliyidir. Osteoxondrozun nəticəsində fəqərələr arasında keçən onurğa beyini
sinir kökləri və həmçinin buradan keçən qan damarları sıxılır. Damarların
sıxılması daxili orqanların qanla təmin olunmasını pozur. Sinir köklərinin
sıxılması isə bu köklər tərəfindən idarə olunan orqanlarda müxtəlif pozulmalar
yaranır.
Düzgün olmayan qamət nəfəsalma sisteminin fəaliyyətinə də
çox mənfi təsir edir. Məsələ
burasındadır ki, insanın onurğası əyri olduqda döş qəfəsi sona kimi açılmır və
nəticədə ağ ciyərlər də tam açılmır ki, orqanizm oksigeni daha az alır.
Nəfəsalma sistemi ürək-damar sistemi ilə çox sıx bağlıdır və bu səbəbdən
nəfəsalma sisteminin fəaliyyətində olan pozulmalar ürək-damar sisteminə
"vurur".
Yaxşı qamət həzm proseslərinə də böyük təsir edir -
bağırsaqlar daha tez və asan boşalır.
Düzgün
qamət əzələ və bel ağrılarıınn ən yaxşı profilaktikasıdır. Bu xüsusilə oturaq
işlə məşğul olan insanlar (ofis işçiləri, mühasiblər və s.) üçün vacibdir.
Düzgün
qamət həmçinin oynaqların normal fəaliyyətinə kömək edir və onları qoruyur.
Beləliklə, belə nəticəyə gəlmək olur ki, qamətin gözəl
olması xarici görünüşdən çox sağlamlığımız üçün vacibdir. Bu səbəbdən
qamətinizə daim (ayaq üstə dayananda, oturanda, yeriyəndə) nəzarət edin.
Son 10 ildə
texnologiya inanılmaz dərəcədə dəyişib, ancaq bizim bioloji təkamülümüz bu
inkişafdan geri qalır.
Hələ bir
müddət əvvəl sensor ekranlı və video əlaqəli telefonlar fantastika kimi
görünsə də, hazırda bu heç kimi təəccübləndirmir.
Bu
mükəmməldir, lakin bu texnologiyaların gətirdiyi vərdişlər sağlamlığımıza köklü
şəkildə təsir edir və təbii ki, müsbət istiqamətdə deyil...
Bilirsinizmi
ki, ayaqüstdə dayanaraq bir əlinizdə telefon tutduqda bədəniniz sanki
boynunuzda 6 yaşlı uşağı saxlayırmışsınız kimi ağırlıq hiss edir?
Siz
supermarketdə növbədə dayandıqda Facebook səhifənizə göz gəzdirərkən və ya
WhatsApp-da kiməsə mesaj göndərərkən bədəninizə düşən təzyiq analoji olaraq 27
kq-a bərabər olur.
Nyu-Yorkda
tibbi reabilitasiya klinikasının onurğa sütunu bölməsinin həkimi Kernet Hansraj
başınızı əyərək mobil telefona baxdığınız zaman bədəninizdə nələr baş
verdiyinin virtual modelini hazırlayıb.
Boynunuzu
biraz qabağa verərək başınızı aşağı əydiyiniz zaman boyun fəqərələrinə elə
dərəcədə təzyiq edirsiniz ki, bunu ağlınıza belə gətirə bilməzsiniz. Əgər bu
halda 2-4 saat qalırsınızsa, deməli, həyəcan təbili çalmağın vaxtıdır.
Hansraj
“Surgical Technology International” jurnalında dərc olunan məqaləsində qeyd
edir ki, düzgün qamət qulaqların çiyinlərlə eyni zolaqda olduğu duruşdur. Bu
vəziyyət stress dərəcəsini azaldır və kortizol səviyyəsini aşağı salır. Bu
səbəbdən də qeyri-düzgün duruş forması bədənin vaxtından əvvəl sıradan
çıxmasına və amortizasiyasına (dəyərlərini itirməsinə) yol açmaqla yanaşı eyni
zamanda xroniki depressiya və halsızlığın mümkün səbəblərindən biridir.
Həll yolu
Bu
problemin yaranmasının qarşısını almaq üçün telefonu düz qarşınızda,
gözlərinizin səviyyəsində saxlayın. Başınızı əyməyin. Mətnin yazılması zaman
planşeti 30 dərəcə bucaq altında tutmağa çalışın, elə ki, onun küncü
biləklərinizi qorusun. Boyun çiyinlərlə eyni səviyyədə qalmalıdır.
İlk olaraq qeyd edək ki,
D vitamini bir neçə formada olur.
Bu vitaminin
D1,D2,D3,D4,D5 kimi formlar mövcuddur.
Lakin insan orqanizmi üçün vacib rol oynayan D2 və D3 formalarıdır.
D vitamini onunla maraqlıdır ki, biz onu yalnız qida məhsullardan
deyil, günəş şüalarının dəriyə olan təsirində orqanizmin onu sintez etməsindən
də ala bilirik. Məhz bu səbəbdən bir çox insanlar üçün bu vitamin uşaqlıqdan
zaqarla assosiassiya edilir.
D vitamin nə üçün
lazımdır?
D vitaminin əsas
əhəmiyyəti kalsiy və fosforun yaxşı mənimsənilməsinə olan
təsirindən ibarətdir. Bildiyimizə görə kalsiy sümüklərimiz üçün çox vacibdir,
məhz bu səbəbdən sınıqlar zamanı orqanizmi D vitamini illə lazımı
dərəcədə təmin etmək lazımdır. D vitamini defisiti həmçinin ilk olaraq sümük
hüceyrəsində özünü göstərdiyindən, uşaqlarda bu defisitlik raxit
xəstəliyinə, yaşlılarda isəosteoporozun yaranmasına səbəb olur.
D vitamini həmçinin immun
sistemin nizama salınmasında rol oynayır və sinir sistemi
pozulmalarının qarşısını alır. Bundan əlavə onkoloqlar pasientlərin çox
hissəsinin orqanizmində lazımı dərəcədə günəş vitamininin olmasını müşahidə
ediblər. D vitamini əzələ gücünün saxlanılması və yaşa dolduqda beynin normal
funksiyası üçün çox vacibdir.
D vitaminin
gündəlik norması...
Qida ilə əldə olunan D
vitamini əsasən yaşayış şəraitindən asılıdır. Gündəlik norma 0,005-0,01
mqrsayılır. Lakin dəriniz gündəlik olaraq 20 dəqiqə günəş şüları
altında olursa, bu norma 2-3 dəfə azalır. Bu vitaminə olan gündəlik
normanı balıqdan (tunes və ya qızılbalıq) almaq mümkündür. Bundan əlavə, balıq
yağı, yumurtanın sarısı, pendir, kərə yağı və süd məhsulları yaxşı mənbə
sayılır. Bitki qidalarına gəldikdə isə kartof, cəfəri, gicitkən və
qarayoncanıın adını çəkmək olar.
YUXU ZAMANI ORQANİZMDƏ BAŞ VERƏN PROSESLƏR
Bu qaydaya əməl etməyən
insanlar isə özlərinə bir çox xəstəliklər qazanırlar. Bunlardan - endokrin sistem, ürək-damar
sistemi, mədə-bağırsaq, psixiki və hətta onkoloji xəstəliklərin adını çəkmək
olar.
Niyə? cavab çox
sadədir...
Orqanizmə gündəlik olaraq periodik istirahət və
profilaktik-təmir lazımdır. Bu prosesslər isə təbiət tərəfindən elə qurulub ki,
məhz yuxu vaxtı baş verir. Buna görə günorta istirahəti heç bir zaman gecə
istirahətini əvəz edə bilməz.
Bəs gecənin müxtəlif
saatlarında orqanizmdə nə prosesslər baş verir:
Saat 22:00. Qanda leykositlərin
miqdarı 2 dəfə artır. Bu immun sistemin özünəməxsus yoxlanmasıdır. Bədənin
hərarəti azalır və bioloji saat yuxu vaxtı olduğunu siqnal verir.
Saat 23:00. Bədən getdikcə zəifləyir(rahatlaşır), hər bir hüceyrədə bərpaedici
prosesslər gedir.
Saat 00:00. Yuxu şüuru ələ keçirir, beyin işləməyə davam edərək gün ərzində aldığı
informasiyanı yerləşdirir.
01:00. Yuxu çox həssas olur. Cüzi diş ağrısı və zədələnmiş hər hansı bir
sahənin ağrısı yuxunu tam poza bilər.
02:00. Bütün orqanlar istirahət edir. Yalnız, qaraciyər yatmış orqanizmi
yığılmış şlaklardan təmizləyir.
03:00. Tam fizioloji yatma vaxtı. Arterial təzyiq ən aşağı həddə, nəbz və
tənəffüs zəif.
04:00. Beyin minimal miqdarda qan alaraq, oyanmaya hazır deyil. Lakin, eşitmə
qabiliyyəti kəskinləşir, məhz buna görə istənilən səsdən oyanmaq mümükündür.
05:00. Böyrəklər istirahət edir, əzələlər yatır, maddələr mübadiləsi zəifləyir,
amma orqanizm artıq oyanmağa hazırdır.
06:00. Böyrəküstü vəz qana
adrenalin və noradrenalın hormonun atmağa başlayır ki, bu da, arterial təzyiqi
artırır və ürək ritminin daha tez olmasını təmin edir. Şüur hələ yatır, yalnız
orqanizm artıq oyanmağa hazırlaşır.
07:00. İmmun sistemin ən yaxşı anıdır. Oyanmaq üçün ən ideal vaxtdır.
Elmdə
yuxu pozğunluqlarının 10 dan çox növünü aşkar olunmuşdur. Dünya
əhalisinin 20%- i yuxu pozğunluğundan əziyyət çəkir.
Yuxusuzluğun səbəblərində biri "Edisson effekti"
-dən yaranır. Bu - evlərdə həddən çox olan elektrik işıqlanması
deməkdir. İş ondadır ki, yuxu hormonu olan melotonin , yalnız qaranlıqda ifraz olunur.
Axşam vaxtı işıqlı məkanda olmaq, uzun müddət televizor, planşet və digər
elektik cihazları bizim yuxu tsiklimizə bir başa təsir edir.
Melotonin ifrazını bərpa etmək nə lazımdır?
İlk olaraq,
stress və normadan artıq işləməkdən uzaq olun.
Hər gün,
bazar günləri daxil olmaqla satt 11 də yatıb, 7-8 arası oyanmağa çalışın. Bunu
artıq bir adət halına salın.
Axşam yeməyinə serotoninlə
zəngin olan məhsullar yeyin: pomidor, banan, kərəviz, yulaf və ya duyu
sıyığı, balıq.
Serotonin "xoşbəxtlik hormonu" olub, melotoninin
istehsalı üçün xammal sayılır.
Qidalandırıcı və balanslı qidalanma uşaqlarınızın sağlamlığını qoruya
bilər. Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır.
Ancaq bəzən ailələr uşaqlarına sağlam yemək yedirtməkdə çətinlik çəkirlər.
Bəzi ləzzətli yeməklər uşaqların aktiv həyat tərzləri
üçün zəruri olan hər şeyi təmin etməyə kömək edir. Uşaqların qidalanmasında
mühüm yer tutan 10 super yemək aşağıdakılardan ibarətdir:
1. Şirin kartof: Bu sağlam və ləzzətli tərəvəz kalium, C
vitamini, lif, folat, A vitamini, kalsium və dəmir ehtiva edir. Dünyadakı ən
bəsləyici yeməklərdən biri olan şirin kartof şəkər xəstələri üçün də yaxşı bir
seçimdir, çünki qan şəkərini balanslaşdırmağa kömək edir.
2. Brokoli: liflə dolu olan brokoli inkişaf etməkdə
olan uşaqlar üçün ən yaxşı qidalardandır. Brokoli, eyni zamanda, vitamin və
minerallarla zəngindir. Uşağınızın görməsinə və hüceyrə zədələnməsindən
qorunmasına kömək edir. Brokolini çiy yeməklə uşaq, inkişafı üçün zəruri olan
bütün maddələri qazanır. Əgər uşağınız brokoli sevmirsə, gizlicə yeməklərinə
qata bilərsiniz. Yaxud da onu az yağlı salata əlavə edə, bununla da
uşaqlarınıza bu tərəvəzi sevdirə bilərsiniz.
3. Tam taxıllar: Çörək, kraker və yulaf kimi tam taxıllı
yeməkləri uşaqlar sevirlər. Bu qidalar folik turşu, sink, dəmir və B vitamini
baxımından zəngindir. Bundan əlavə, bəziləri D vitamini və kalsium ilə də
zənginləşdirilmişdir. Ürək xəstəliklərinə qarşı profilaktik tədbir olaraq
indidən uşaqlarınıza tam taxıllı yeməkləri verməyə başlayın. Ancaq doymamış
yağ, yəni trans yağ ehtiva edən krakerdən uzaq durun.
4. Pendir: Uşaqlar üçün əla bir qidadır, çünki
uşaqlar pendiri çox sevirlər. Kalsium, zülal və B12 vitamini baxımından zəngin
olan pendir sümük meydana gəlməsində çox əhəmiyyətli bir mineral olan fosfor
ehtiva edir. Digər tərəfdən, araşdırmalar zamanı müəyyən edilmişdir ki,
yeməklərdən sonra pendir yemək dişlərin çürüməsinin qarşısını alır.
Uşaqlarınıza pendirli sendviç hazırlaya bilər, pendiri sağlam bir şorba ya da
salatın içərisinə qata bilərsiniz.
5. Yoqurt: pendir kimi yoğurtu da uşaqlarınıza
sevərək yedirə bilərsiniz. Yoğurt kalsium, zülal, karbohidrat, B vitamini, sink
və fosfor ilə zəngindir. Bütün təbii yoğurtlara təzə meyvə qataraq, daha çox
qida dəyəri əldə edə bilərsiniz. Az yağlı qatığa şokoladlı cips və ya yulaf
qarışığı əlavə edə bilərsiniz. Uşaqlarınız üçün başqa bir alternativ olaraq,
qatığı meyvə şirəsi qataraq soyuducuda dondurub dondurma edə bilərsiniz.
6. Ton balığı: konserv ton balığı ilə uşaqlarınızın
protein, niasin, B vitaminləri, dəmir və sink kimi maddələri olan ehtiyacını
qarşılaya bilərsiniz. Omeqa 3 yağ turşuları ehtiva edən balıq beynin inkişafına
kömək edir və ürək sağlamlığını qoruyur. Uşağınıza ton balığını sendviçlə ya da
salatla yedirə bilərsiniz.
7. Qaragilə: Yetkinlər və uşaqlar üçün qaragilə ən
bəsləyici qidalardan biridir. Kalium, C vitamini, lif, karbohidrat və
antioksidanlar ehtiva edən çöl qaragiləsinin təzə halda hər bir uşağın qida
rasionuna daxil edilməsi zəruridir. Şirin olduğu üçün uşaqlar tərəfindən sevilən
bu meyvəni qatığa, ya da yulafa əlavə edə bilərsiniz.
8. Süd: Kalsium və fosfor sümüyün sağlam inkişafı üçün lazımlı iki mineraldır. Süd zülal, enerji yanacağı olan karbohidrat, A vitamini və maqnezium ilə yanaşı sümükləriniz üçün faydalı digər mineralları ehtiva edir. Tam yağlı süd 2 yaşına qədər olan uşaqlar üçün yaxşıdır, ancaq 2 yaşından sonra uşağa verilən süddəki yağ nisbəti azaldılmalıdır.
9. Yumurta: Proteinlə zəngin bir qida olan yumurta olduqca
faydalıdır. Zülaldan əlavə, yumurta uşaqlar üçün lazımlı artıq bir çox vitamin
və minerallarla da doludur. Bununla yanaşı A, D, E və B qrupu vitaminlərini
əhəmiyyətli nisbətdə ehtiva edən yumurta içində olan kolin sayəsində beyin
funksiyalarının yerinə yetirilməsində də əhəmiyyətli rol oynayır. Yumurtanı
müxtəlif reseptlərlə bişirin, uşağınız hansı formada sevirsə, onu da tətbiq
edin.
10. Qırmızı ət: Protein, B vitaminləri, niasin, sink və dəmirlə zəngin olan mal ətində
yumurtada olduğu kimi beynin inkişafını təmin edən kolin də var. Yağ və
xolesterol baxımından yetkinlərin çox yeməməli olduğu ət kiçik uşaqların
beyninin və orqanizminin inkişafı üçün olduqca faydalıdır. Balanslı bir yemək
üçün əti tərəvəz yeməkləri birlikdə verə bilərsiniz.
1) Kibrit, çaxmaq
kimi yandırıcı; bıçaq, qayçı kimi kəsici maddələrdən uzaq dayanmalıyıq.
2) Elektrik
ştepselləriylə oynamamalıyıq.
3) Kücələrdə
oyun oynamamalı, velosipedə minməməliyik.
4)
Avtomobillərin şüşələrindən asılmamalıyıq.
Sağlam ol
1) Sağlam
olmaq üçün, əvvəlcə bədən təmizliyimizə diqqət yetirməliyik.
2) Nizamlı
olaraq duş qəbul etməliyik.
3)
Dırnaqlarımızın qısa və təmiz olmasına diqqət yetirməliyik.
4) Yeməkdən
əvvəl əllərimizi yumalıyıq.
5)
Yeməklərdən sonra və xüsusilə yatmadan əvvəl dişlərimizi fırçalamalıyıq.
Təmizlik
1) Yerlərə
zibil atmamalıyıq.
2)
Zibilləri, zibil paketinin ağızını möhkəmcə bağladıqdan sonra zibil qutusuna
atmalıyıq.
3) Evimizin
önünü və bağçamızı həftədə ən az bir dəfə təmizləməliyik.
4) Yerə
tüpürməməliyik.
5) Meşələri
qorumalıyıq.
6) Ağaclara
zərər verməməliyik.
7)
Çəmənlərin üzərində atəş yandırmamalıyıq.
8)
Heyvanlara zərər verməməliyik.
9) Dənizləri
çirklətməməliyik
Sağlam ol
BƏDƏN
SAĞLAMLIĞIMIZ ÜÇÜN;
• Nizamlı olaraq idman etməli,
sağlam və balanslı bəslənməliyik.
• Yuxumuzun nizamlı olmasına diqqət
yetirməli, erkən yatıb erkən qalxmalıyıq.
• Peyvəndlərimizi etdirməliyik.
• Meyvə və tərəvəzləri yemədən
əvvəl bol su ilə yumalıyıq.
YEMƏKLƏRİN
TƏMİZ OLMASINA DİQQƏT YETİRMƏLİYİK.
• Tərliykən su içməməliyik.
• Açıqda satılan yeməkləri
yeməməliyik.
• Ana və atalarımızın icazəsi
olmadan heç bir dərmanı istifadə etməməliyik.

Комментариев нет:
Отправить комментарий